Yəmənlilər Sionist Rejimi boykot etməyə çağırıblar

Yəmənlilər Sionist Rejimi boykot etməyə çağırıblar

Qəzzəyə dəstək üçün təşkil etdikləri yürüşdə Yəmən xalqı ərəb və islam ölkələrinin xalqından sionist rejimə iqtisadi embarqo tətbiq etmək üçün öz hökumətlərinə təzyiq göstərmələrini istəyib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin şimal və qərbində Saada, Reyme, Maribin qərbində isə Sarva və Budbuda rayonları bu cümə səhəri Fələstinə dəstək məqsədi ilə “Qələbəyə qədər Qəzzanın yanındayıq” şüarı ilə geniş xalq yürüşünün şahidi olublar.

Yəmənlilərin bu yürüşün sonunda verdiyi bəyanatda vurğulanıb ki, Yəmən xalqının fəaliyyəti və müqəddəs müharibəyə hazırlıqları Məscidül-Əqsa və Fələstinə dəstək olaraq davam edir.

Bu bəyanatda Yəmən silahlı qüvvələrinin işğalçılarla mübarizə və Fələstinə dəstək əməliyyatları, həmçinin Fələstin, Livan və İraqda qəhrəmancasına cihad əməliyyatları alqışlanıb.

Yəmənlilər bu açıqlamaları veriblər: “ABŞ və Avropanın Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyə dəstəyini dayandırması və Birləşmiş Millətlər Təşkilatının onlarla şərikliyini pisləyirik”.

Səada yürüşünün yekun bəyannaməsində bəzi ərəb ölkələri ilə sionist rejim arasında ticarət mübadilələri və mal köçürmələri rüsvayçılıq kimi qiymətləndirilib və yürüşdə iştirak edənlər, ərəb və İslam ölkələrinin xalqından düşmənə mal tədarükünün qarşısını almaq üçün öz hökumətlərinə təzyiq göstərmələrini istəyib və Qəzza əhalisinin bu məhsullara daha çox ehtiyacı olduğunu vurğulayıb.

Xatırladaq ki, sionist rejim Qəzzə zolağının işğalına başladığı 3 aydan bəri hər cümə günü Yəmənin bir çox əyalətlərində Fələstin xalqına dəstək yürüşləri keçirilir.

Xəbəri paylaş

VİDEOLAR