66 yaşlı yəmənli Asiya Əhməd oxuyub-yaza bilmədən Qurani-Kərimi bütünlüklə əzbərləməyi bacarıb.
Az.rasthaber.com xəbər verir ki, bu yəmənli xanım oxuyub-yaza bilmədiyinə baxmayaraq, Quranı yalnız dinləməklə əzbərləməyi bacarıb. Onun sözlərinə görə, Quranı həmişə televiziya, radio və mobil telefon vasitəsilə dinləyib.
O əlavə edib ki, iradəli olmağım Qurani-Kərimi bütünlüklə əzbərləməyimə səbəb oldu. Asiya 2018-ci ildə Quranı əzbərləməyə başlayıb.
Asiya müəllim deyib ki, oxumaq və yazmaq təcrübəsi olmayan savadsız bir şəxs üçün Quranı əzbərləmək çox çətindir.
Bu yəmənli xanımın Qurani-Kərimi əzbərləməkdə güclü əzmi və qətiyyəti təqdirəlayiqdir.