Yəmənli uşaqlarla bağlı dəhşətli statistika açıqlandı

Yəmənli uşaqlarla bağlı dəhşətli statistika açıqlandı

Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin 2015-ci ildən bu günə qədər Yəməndə öldürdüyü və yaraladığı uşaqların sayı açıqlanıb.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Səhiyə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin hücumları zamanı bu günə qədər 2643 yəmənli uşaq həlak olub.

Bundan əlavə bu günə qədər 4205 uşağın da yaralandığı diqqətə çatdırılıb.

Nazirlik normal qidalanmayan uşaqların sayının 2 milyona çatdığını və bunlardan 400 mininin vəziyyətinin ağır olduğunu qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR