UNICEF bu haqda bəyanat yayıb
Rasthaber Azərbaycan Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (red- UNICEF) Yəməndəki mövcud vəziyyət ilə bağlı hesabat yayıb.
Hesabatda vurğulanıb ki, yəmənli uşaqların təhsilinin yubadılması bu ölkənin gələcəyinə böyük zərbə vurur.
"Yəməndə təhsil müəssisələri hədəfə alınır. Bu çox təhlükəli tendensiyadan xəbər verir", - deyə hesabatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu gün hücumlar zamanı məktəblərdə azyaşlı şagirdlərin ölümü də böyük faciədir.