Səudiyyə rejimi öz ərazisinə endirilən sarsıdıcı raket zərbələrinin qarşısını almaq üçün Yəmən Milli Qurtuluş hökumətinə atəşkəs təklif edib.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, səkkiz il öncə Yəməni işğal etmək xəyalı ilə bu ölkəyə qarşı təcavüzə başlayan Səudiyyə-Əmirlik koalisiyası bu gün çox çətin duruma düşüb.
Məlumatlı mənbələr bildirirlər ki, Səudiyyə Ərəbistanı Yəmən qüvvələrinin cavab hücumlarından amanda qalmaq üçün bu dəfə Yəmənin Milli Qurtuluş Hökumətinə yeni bir təklif irəli sürüb. Əsl məqsəd isə Səudiyyə ərazisinə endirilən sarsıdıcı raket zərbələrinin qarşısını almaqdır.
"Yemen News" xəbər verir ki, Səudiyyə Ərəbistanı regional vasitəçilərin köməyi ilə Yəmən hökumətinə yanacaq daşıyan gəmilərin Yəmənə daxil olmasına icazə verməyi təklif edib.
Amma Səna bu addım müqabilində müqəddəs Ramazan ayında atəşkəs təklifini qəbul etməlidir.