ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Timoti Linderkinq Yəməndəki Taiz danışıqlarının gedişi ilə bağlı nikbin olduğunu bildirib.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Timoti Linderkinq Əl-Ərəbiyyə xəbər kanalına müsahibəsində ABŞ-ın təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına Yəmənin viran qoyulmasında, Yəmən xalqının qətliam edilməsində yardımçı olduğuna işarə etmədən deyib: “Vaşinqton Yəməndə sülhə sadiqdir”.
Ənsarullahdan Taizə gedən yolların açılmasını istəyən ABŞ rəsmisi iddia edib ki, İran husiləri dinc əhaliyə və Səudiyyə Ərəbistanına hücum etməyə təşviq edib.
Bununla belə, ABŞ və Səudiyyə Ərəbistanı Yəməndə bir neçə aylıq atəşkəsə baxmayaraq, Yəmən paytaxtı Sənaya uçuşların normal fəaliyyət göstərməsinə icazə vermir və hətta yƏl-Hudeydə limanına anacaq daşınmasına və Yəmən xalqına çatdırılmasına mane olur.