Yəmən Milli Azadlıq Hökumətinin Əsirlərlə İş üzrə Milli Komitəsinin rəhbəri Əbdül Qədir əl-Murtəza, çərşənbə günü Şəbva vilayətində (Yəmənin cənubunda) altı yəmənli əsirin azad edildiyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Milli Hərbi Əsirlər Komitəsinin rəhbəri səudiyyəlilərin hərəkətlərinin qəsdən və qərəzli olduğunu bildirərək, əlavə edib:
"Səudiyyə Ərəbistanı qeyri-real humanitar təşəbbüslərlə öz imicini yaxşılaşdırmağa çalışır".
Baş verən hadisələrə görə BƏƏ və Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını vurğulayan Əbdül Qədir əl-Mürtəza, Səudiyyə koalisiyasının Birləşmiş Millətlər Təşkilatından öz xeyrinə istifadə etdiyini, təşkilatın isə təəssüf doğuran vəziyyətdə olduğunu qeyd edib.
Qeyd edək ki, bu bəyanatlar Səudiyyə Ərəbistanının əvvəllər yəmənli işçilərini deportasiya etməsindən və onları Səna əsirləri kimi təqdim etməsindən sonra verilib.