Yəmənin cənubunda Əl-Qaidənin hücumu nəticəsində ölən hərbçilərin sayı 21-ə çatıb

Yəmənin cənubunda Əl-Qaidənin hücumu nəticəsində ölən hərbçilərin sayı 21-ə çatıb

Yəmənin cənubunda yerləşən Əbyən əyalətinin Əhvir rayonunda Əl-Qaidə silahlılarının ordu qüvvələrinin postuna hücumu nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, Əl-Qaidə silahlıları bu gün səhər Əhvir rayonunun Maqatin adlı bölgəsində hərbi mövqelərə hücum ediblər. Yəmənin bir neçə cənub əyalətini nəzarətdə saxlayan separatçı “Cənubun Keçid Şurası”nın hərbçilərindən 21 nəfər ölüb, dördü yaralanıb.

Əl-Qaidə terror təşkilatı bu hücumda altı itki verib.

Qeyd edək ki, sözügedən hərbi qüvvələr bir müddətdir Əbyən əyalətində Əl-Qaidə silahlılarına qarşı əməliyyata başlayıblar.

Hazırda Yəmənin şimal və mərkəzində olan 13 əyaləti Ənsarullah hərəkatı və onun dəstəklədiyi “Milli Qurtuluş Hökuməti” nəzarətdə saxlayır. Digər əyalətləri isə Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi müvəqqəti hökumət və cənub separatçıları nəzarətdə saxlayırlar.

Xəbəri paylaş

VİDEOLAR