Yəmən Silahlı Qüvvələri sözcüsü, Səudiyyə koalisiyası mediasının yaydığı xəbərləri təkzib edib
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmən Silahlı Qüvvələri sözcüsü, Səudiyyə koalisiyası mediasının, Yəmən ordusu və xalq komitələri tərəfindən Taizdəki bir həbsxananın hədəf alınması ilə bağlı iddiasına reaksiya verərək iddianı təkzib edib.
Səudiyyə koalisiyasına bağlı KİV bir neçə gündür Yəmən Ordusunun və xalq komitələrinin Yəmənin cənub qərbindəki Taiz əyalətinin əl-Zabab rayonundakı mərkəzi həbsxananın qadın bölməsinə hücum etməsini iddia etmişdi.
Al-Masira telekanalının xəbərinə görə, Yəmən Silahlı Qüvvələrinin spzcüsü Yəhya Səri, bazar ertməsi günü verdiyi açıqlamada “Koalisiya və muzdlu əsgərlərinə aid medianın, ordunun və xalq komitələrinin Taizdəki qadın CÇM-ni hədəfə alması ilə bağlı iddiaları rədd edirik.”, - deyə bildirib.
Yəhya Səri “Bu yalanların, düşmənin Yəmən xalqına qarşı işlədiyi cinayətlərin həqiqətini dəyişdirməyəcəyini və ya onları bu etdiklərindən azad etməyəcəyini bildiririk.”, -dey əəlavə edib.
Taizdəki bir rəsmi bu mövzu ilə bağlı Səudiyyə koalisiyasına bağlı medianın xəbərlıərini təkzib edərək, Səud koalisiyasının bu yolla günahlarını ört-basdır etməyə cəhd kimi qiymətləndirib.