ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmən qüvvələrinin bu gün səhər saatlarında genişmiqyaslı PUA hücumu həyata keçirdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) verdiyi açıqlamada Yəmən Ənsaullah qüvvələrinin Qırmızı dəniz və Ədən körfəzində geniş PUA hücumu həyata keçirdiyini bildirib.
Açıqlamada bildirilib:
"Bu səhər Qırmızı dəniz və Ədən körfəzində Yəmənin 15 pilotsuz uçuş aparatını (PUA) vurduq".
Yəmən ordusu İsrail rejiminin Qəzzaya hücumlarını dayandırana qədər Qırmızı dənizdəki işğal olunmuş ərazilərə gedən gəmi və ya gəmilərinə hücumlarını davam etdirəcəklərini vurğulayıb.