Sionist rejimin rəsmi mənbələri Yəməndən sionist İsrailə raket və PUA-ların atıldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, sionist rejimin rəsmi mənbələri aşağıdakı etirafları ediblər:
“Xəbərlər göstərir ki, raketlər və pilotsuz uçuş aparatları Yəməndən işğal altındakı Eylat və Qırmızı dəniz səmalarına doğru atılıb”.
Digər tərəfdən, İran hərbi mənbələri öz açıqlamalarında deyiblər: “Sionist düşmən və müttəfiqlərinin hava hücumundan müdafiə sistemləri ilə bağlı heç bir narahatlığımız yoxdur. Raketlərimiz və təyyarələrimiz hədəflərinə uğurla çatacaq. Biz buna əminik, Uca Allaha şükürlər olsun.".