Yəməndən İsrailə raket hücumu

Yəməndən İsrailə raket hücumu

ABŞ prezidenti Səudiyyə Ərəbistanında olarkən Yəmən ordusu işğal altındakı Fələstinin dərinliklərinə raket atıb.

Az.rasthaber.com xəbər verir ki, mənbələr Yəmən ordusunun işğal altındakı Fələstinə doğru raket atdığını bildirib.

Bu hücumdan sonra Təl-Əvivdə və bir neçə sionist yaşayış məntəqəsində sirenlər səsləndi. Hücum işğal olunmuş ərazinin mərkəzində alovlanmaya səbəb olub.

İsrail mənbələri bu hücumdan sonra Ben Qurion hava limanında uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.

Həmişə olduğu kimi, bu mənbələr sionist rejimin hava hücumundan müdafiə sistemlərinin raketin qarşısını aldığını iddia ediblər. Bəzi mənbələr raket ələ keçirən sistemlərin hissələrinin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə düşdüyünü bildirib.

Yayımlanan videolarda qorxmuş sionistlərin sığınacaqlara qaçdığı görünür. Yəmən bu hücumu ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanındakı çıxışı ilə eyni vaxtda həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR