Yəməndən İsrail ordusunun Təl-Əvivdəki bazasına hipersəs raketi ilə uğurlu zərbə

Yəməndən İsrail ordusunun Təl-Əvivdəki bazasına hipersəs raketi ilə uğurlu zərbə

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi "Fələstin 2" hipersəs ballistik raketi ilə Təl-Əvivin şərqindəki sionist rejim ordusunun bazasına raket hücumunu xəbər verib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii deyib: ““Fələstin 2” hipersəs ballistik raketi ilə işğal altındakı “Yaffa” (Təl-Əviv) ərazisinin şərqində düşmən İsrailin hərbi bazasını hədəf alaraq xüsusi hərbi əməliyyat keçirdik.”

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bildirib: “Allahın lütfü ilə hipersəs raketi Amerika və İsrailin izləmə sistemlərindən yan keçərək hədəfinə çata bildi.”

“Bu əməliyyat Əl-Əqsa Tufanı əməliyyatına, məzlum Fələstin və Livan xalqına, onların müqavimətinə dəstək istiqamətində vəd edilmiş qələbə və müqəddəs cihad döyüşünün şiddətlənməsinin beşinci mərhələsi çərçivəsində həyata keçirildi” - deyə, Yəhya Sərii əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR