Yəməndən işğal olunmuş İsrailə gedən gəmilərə qarşı YENİ ƏMƏLİYYAT

Yəməndən işğal olunmuş İsrailə gedən gəmilərə qarşı YENİ ƏMƏLİYYAT

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Qırmızı dənizdə və Bab əl-Məndəbdə sionist rejimə aid gəmiyə qarşı yeni əməliyyatın keçirildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələri tərəfindən yayımlanan açıqlamada, səudiyyəlilərin Amerika və işğalçılara xidmət etmək üçün düşmənçilik cəhdlərinə sərt cavab veriləcəyi vurğulanıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü açıqlamasında bildirib; Yəmən Hərbi Dəniz Qüvvələri “Charysalis” gəmisinin PUA bölmələri və raket bölmələrinin birgə əməliyyatları ilə Qırmızı dəniz və Bab əl-Məndebdə hədəf alındığını açıqlayıb.

Açıqlamada, Charysalis gəmisinin hədəfə alınmasının gəminin sahibi olan şirkətin işğal olunmuş Fələstin limanlarına giriş qadağasını pozmasından sonra həyata keçirildiyi bildirilib.

Açıqlamada Charysalis gəmisinin iki dəfə hədəf alındığı da vurğulanıb və gəminin ilk dəfə Qırmızı dənizdə, ikinci dəfə isə Babülmandebdə hədəf alındığı açıqlanıb.

Açıqlamaya görə, bu gəmi ballistik raketlər və PUA-larla hücuma məruz qalıb. Bəyanatda bildirilib ki, sionist rejimin pozuntuları dayandırılacağı və Qəzza zolağında insanların mühasirəsinə son qoyulacağı təqdirdə silahlı qüvvələrin əməliyyatları dayandırılacaq.

Bundan əlavə, bəyanatda Səudiyyə rejiminin Amerikanın göstərişlərinə uyğun olaraq İsrail rejiminə xidmət etdiyi xatırladılıb və düşmən addımlarına qarşı xalqın tələblərini yerinə yetirməyə hazır olduqları vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR