Yəmən Silahlı Qüvvələri BƏƏ və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən neft şirkətlərinə işlərinə davam etmələri barədə xəbərdarlıq edərək, bu şirkətlərə vəziyyətlərini tənzimləmək və bu ölkələri tərk etmək imkanı verildiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri deyib:
"Təcavüzkar ölkələr Yəmən xalqına öz neft sərvətlərini maaş müqabilində istismar etmək hüququ verən atəşkəsə sadiq qalmadıqları üçün Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən neft şirkətlərinə vəziyyətlərini nizamlamaq və bu ölkələri tərk etmək imkanı veririk. Əgər Ərəbistan və Əmirlik Yəmən xalqını öz resurslarından məhrum etməkdə israr etsələr, silahlı qüvvələrimiz onları öz resurslarından məhrum etməyə qadirdir".
Yəhya Səri Yəməndə iki aylıq atəşkəs 2 aprel 2022-ci ildə başladığını, lakin BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi aprelin 1-də Yəməndəki münaqişə tərəflərinin ilkin razılaşma ilə eyni şərtlərlə razılaşdıqlarını və atəşkəsin daha iki ay uzadıldığını və sonra atəşkəsin ikinci dəfə oktyabrın 2-dək uzadıldığını bildirib.
Bundan əvvəl Yəmənin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşat demişdi ki, səud koalisiyasının atəşkəsi dəfələrlə pozması nəticəsində demək olar ki, Yəməndə atəşkəs məhv edilib.
Səudiyyə Ərəbistanı 2015-ci il martın 26-dan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olmaqla bir neçə ərəb ölkəsinin koalisiyası şəklində və ABŞ-ın yardımı və yaşıl işığı və sionist rejimin dəstəyi ilə Yəmənə qarşı genişmiqyaslı hücumlara başlayıb.
Yəmənə qarşı 7 illik təcavüzdən, minlərlə insanı qətlə yetirdikdən və ölkənin bütün infrastrukturunu dağıtdıqdan sonra bu ölkələr nəinki məqsədlərinə çatmadılar, hətta Yəmən silahlı qüvvələrinin öz ərazilərinin dərinliklərinə endirdiyi raket və pilotsuz təyyarə zərbələrindən sonra atəşkəsi qəbul etməyə məcbur oldular.
Artıq 6 aydır davam edən bu atəşkəs rejimi təcavüzkarlar tərəfindən minlərlə dəfə pozulub və onun bəzi bəndlərini həyata keçirməkdən imtina ediblər.