Yəmən Ordusu, işğalçı Səud rejiminin təktərəfli atəşkəsi pozduğuna və onların Yəmənin əl-Bayda və Marib əyalətlərindəki iki cəbhədə hücum cəhdi etdiklərini bildirib.
Rasthaber Azərbaycan bildirir ki, Yəmən Ordusunun sözcüsü Yəhya Səri bu haqda “İşğalçıların təhlükəli hərbi təşəbbüslərinin cavabı olacaq və onlar bu axmaqlıqlarının və bu təşəbbüslərinin acı nəticələrini qəbul etmək məcburiyyətində qalacaqlar.”, -deyə qeyd edib.
Məlumata görə, Səud qırıcıları son 12 saat içində 25 dəfə hücum edib və hücumların 23-ü Maarib əyalətində işğalçı əsgərlərini dəstəkləmək və hücuma cəhd etmək üçün həyata keçirilib.
Yəmən Ordusu və könüllülər, səudiyyə güclərinin əl-Covf əyalətinin Khab və al-Şaf bölgəsindəki və Marib əyalətinin Sarvah bölgəsindəki hücum cəhdlərinin qarşısını almaqla, hücum edən güclərin ağır itkisinə səbəb olub.
Qeyd olunur ki, Səudiyyə və dəstəkçiləri bu əks-hücumda onlarla itki verib.