Yəməndən ABŞ-ın “Terror siyahısı” qərarına reaksiya

Yəməndən ABŞ-ın “Terror siyahısı” qərarına reaksiya

Yəmənli Ənsarullah Hərəkatının Media Qurumunun Sədr müavini Amerikanın Yəmənliləri öz "terrorist" siyahısına alma qərarına etiraz olaraq, Vaşinqtonun "dostlar" siyahısında yer almanın daha təhlükəli olduğunu bildirdi.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Media Qurumunun Sədr müavini Nəsrəddin Amir, yeni Amerika hökumətinin Yəmənliləri Vaşinqtonun "terror" siyahısına alma qərarına etiraz edərək, "Amerikanın dostlar siyahısında yer almaq, bizim üçün terrorist siyahısında olmaqdan daha təhlükəli və təhrikedicidir" dedi.

Mehr Xəbər Agentliyinin xəbərinə görə, Amir əlavə etdi: "Amerikalılar dənizdə bizimlə mübarizədə uğursuz oldular və məğlub oldular. Bu dəfə də Ənsarullahı terror siyahısına alma cəhdləri uğursuz olacaq."

Nəsrəddin Amir sözlərinə belə davam etdi: "Ənsarullah hərəkatının Amerikada nə investisiyası, nə bank hesabı, nə də şirkəti var. Hərəkatın üzvləri də Amerikaya səyahət etmir."

Yəmənli rəsmi, "Əgər Amerika bizi dostlar siyahısına almış olsaydı, bu bizim üçün terror siyahısına alınmaqdan daha təhlükəli və təhrikedici olardı" ifadələrini işlətdi.

Bu Yəmənli rəsmi, Amerikanın yeni hökumətinin bu qərarının əsas səbəbi haqqında bunları dedi: "Amerika bu addımı ilə Yəmən xalqını Qəzzəyə verdikləri dəstəyə görə hədəf almışdır. Bu, xalqımız üçün böyük bir şərəf və mübarizələrinin bir hissəsidir."

Xəbəri paylaş

VİDEOLAR