Bu barədə BMT-nin uşaq fondu - UNICEF bildirib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, BMT-nin uşaq fondu - UNICEF bildirib ki, koronavirus xəstəliyinin qızğın çağında güclü leysan yağışlarına görə, 5 milyondan çox yəmənli uşaq vəba və kəskin ishal təhdidi altındadır.
UNİCEF-in rəsmi vebsaytının məlumatına görə, beş milyondan çox beş yaşından aşağı yəmənli uşaq vəba və kəskin ishal riski altındadır.
Yəmən aprelin ortalarından bəri güclü leysan yağışlarının şahididir.
"Yanvar ayından bəri Yəmənin 331 bölgəsindən 290-da vəbada şübhəli bilinən 110 mindən çox hal qeydə alınıbdır. Beş yaşından aşağı uşaqlar bu halların dörddə birini təşkil edirlər.", -deyə UNICEF qeyd edib.
BMT-nin humanitar məsələlər üzrə koordinasiya mərkəzi də çərşənbə axşamı günü xəbərdarlıq edib ki, koronavirus Yəmən rəsmilərinin aşkar edə bilməmələri fonunda ehtimal üzrə Yəməndə yayılıb.
Ərəbistan və BƏƏ tərəfindən icbar etdirilmiş altıillik savaşa görə, Yəməndə səhiyyə durumu son dərəcə ağırlaşıb.