Yəməndə tərəflər arasında razılıq əldə olunub

Yəməndə tərəflər arasında razılıq əldə olunub

Yəməndə hökumət, husilər və ərəb koalisiyası zorakılığın artmasının qarşısını almaq üçün “Birgə Koordinasiya Palatası” yaratmaq barədə razılaşıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yəməndəki tərəflərin Hərbi Koordinasiya Komitəsinin ikinci iclası İordaniyanın paytaxtı Əmmanda keçirilib.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqin ofisindən verilən açıqlamada Yəmən hökuməti, husilər və ərəb koalisiyasının hərbi nümayəndələrinin sessiyada iştirak etdiyi bildirilib.

Açıqlamada Birgə Koordinasiya Palatasının yaradılması ilə bağlı razılığın əldə edildiyi və müntəzəm ünsiyyət üçün tərəflərin koordinasiyasından məsul vəzifəli şəxsin ən geci bir həftə ərzində müəyyən ediləcəyi bildirilib.

Görüşün iştirakçıların atəşkəs rejiminin icrası ilə bağlı konstruktiv qarşılıqlı fəaliyyəti nəticəsində müsbət atmosferdə keçdiyi bildirilib və Hərbi Koordinasiya Komitəsi danışıqların davamlılığını təmin etmək üçün hər ay mütəmadi olaraq görüşmək barədə razılığa gəlib.

Bir həftə əvvəl Komitə Əmmanda BMT-nin xüsusi nümayəndəsinin ofisinin himayəsi altında ilk iclasını keçirib.

Xəbəri paylaş

VİDEOLAR