Yəməndə Səudiyyə Ərəbistanı hərbi koalisiyasının dəstəklədiyi hökumət qüvələrinin bir generalı partlayış nəticəsində ölüb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində bir minalanmış maşının partladılması nəticəsində hökumət ordusunun “131-ci hərbi briqadası"nın komandanı general-leytenant Naci Cuvas ölüb.
Onun iki silahdaşı da bu partlayış nəticəsində ölüblər.
Bu partlayışı Yəməndə hələ heç bir qrup üzərinə götürməyib.
Qeyd edək ki, Naci Cuvas 2004-cü ilin sentyabrında Yəmənin Səda əyalətində Ənsarullah hərəkatının (husilər) banisi Hüseyn Bədürüddin əl-Husinin ölümü ilə nəticələnən əməliyyata rəhbərlik edib.