Yəməndə silah anbarı partlayıb, ölənlər var

Yəməndə silah anbarı partlayıb, ölənlər var

Yəmənin cənubunda yerləşən Əbyən əyalətində silah anbarında baş verən yanğın və partlayış nəticəsində altı nəfər ölüb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Əbyən əyalətinin yerli qurumlarından məlumat verilib.

Bildirilib ki, Əbyənın şərqindəki Ludar şəhərində silah və sursat anbarının partlaması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və daha 23 nəfər yaralanıb.

Yaralıların bəzisinin vəziyyəti kritikdir.

Anbarın partlaması nəticəsində uçan binanın dağıntıları altında olan insanların axtarışının hələ də davam etdiyini bildirib.

Hadisənin səbəbi araşdırılır.

Xəbəri paylaş

VİDEOLAR