Yəməndə Qəzzaya dəstək nümayişi: ABŞ-ı məğlub etdik, İsraili də məğlub edəcəyik

Yəməndə Qəzzaya dəstək nümayişi: ABŞ-ı məğlub etdik, İsraili də məğlub edəcəyik

Yəmən vətəndaşları əvvəlki həftələrdə olduğu kimi bu cümə günü də Yəmənin şimal-qərbindəki Saada vilayətində genişmiqyaslı yürüş keçiriblər.

Az.rasthaber.com xəbər verir ki, bu möhtəşəm nümayiş “Amerikanı məğlub etdik və İsraili də məğlub edəcəyik inşallah” şüarı ilə keçirilib və Yəmən vətəndaşları bu nümayişdə Qəzzaya yardımlarını heç vaxt dayandırmayacaqlarını vurğulayıblar.

Yəmən vətəndaşları öz nümayişlərində sionist rejimin Qəzza xalqına qarşı qırğın və aclıq siyasətinə qarşı olduqlarını bəyan ediblər.

Yəmən vətəndaşları da bu nümayişlər zamanı Yəmən silahlı qüvvələrinin İsrail gəmilərinə qarşı əməliyyatlarını yüksək qiymətləndirib və Qəzzada Fələstin xalqının öldürülməsi və aclıqdan ölməsi səbəbindən bu əməliyyatların intensivləşdirilməsini istəyiblər.

Xəbəri paylaş

VİDEOLAR