BMT mənbələri Yəməndə atəşkəs rejimi müddətinin artırılması ilə bağlı tərəflərdən müsbət mesajlar aldığını bildirirlər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin Nyu Yorkdakı sözçüsü Stefan Düjarrik təşkilatın hazırkı mərhələdə Yəməndəki tərəflərdən müsbət ilkin siqnallar aldığını vurğulayıb.
Əlavə edilib ki, BMT-nin Yəmən üzrə xüsusi rəsmisi Hans Qrundberq atəşkəsin uzadılmasını təmin etmək üçün tərəflərlə təmasdadır və intensiv iş aparır.
Qeyd edək ki, ölkənin paytaxtı Səna şəhəri də daxil olmaqla 13 əyaləti nəzarətdə saxlayan Ənsarullah hərəkatı, onların dəstəklədiyi "Milli Qurtuluş Hökuməti"nin rəsmiləri müvəqqəti atəşkəs dövründə Səudiyyə Ərəbistanı koalisiyasının öz öhdəliklərini lazımi şəkildə əməl etmədiklərini bildirirlər və buna görə atəşkəsin bitəcəyi barədə xəbərdarlıq ediblər.
Ənsarullah hərəkatının rəsmiləri bildiriblər ki, bütün yanacaq gəmilərinin əl-Hudeyda limanına buraxılmaması, Səna hava limanından xaricə uçuşların lazımi şəkildə təmin edilməməsi atəşk şərtlərini pozmaq deməkdir.