Yəmənin Ədən şəhərində törədilən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin cənubunda Ədən şəhərində Əl-Şeyx Osman bazarında baş verən partlayışda biri uşaq olmaqla 5 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.
Partlayışın şəhərin şimalında qurulan balıq bazarı yaxınlığındakı zibilliyə qoyulan partlayıcının işə düşməsi nəticəsində baş verdiyi bildirilib.