Yəmən Ordusu 21 Sentyabr İnqilabının ildönümü münasibətilə Səna şəhərində hərbi parad keçirib.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Yəmən Ordusu 21 Sentyabr İnqilabının 9-cu ildönümü münasibətilə Səna şəhərində hərbi parad keçirib.
Ərəb Koalisiyasının hərbi təcavüzü başlayandan bəri ilk dəfə Yəmən ordusuna məxsus döyüş təyyarələri Səna səmasında uçuşlar həyata keçirib.
Quru, dəniz və hava qüvvələrinin qatıldığı genişmiqyaslı hərbi paradda Yəmən ordusunun yeni strateji silahları nümayiş etdirilib.
Yəmən silahlı qüvvələri paradda Səyyad adlı yeni qanadlı raketi təqdim edib.