Yəmənin şimalındakı Cevf vilayətinin iki fərqli bölgəsində yola yerləşdirilən partlayıcının işə salınması nəticəsində 3 mülki vətəndaş həyatını itirib.
Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Yəməndə başlatdığı “Minalardan Təmizləmə Layihəsi” (MASAM) mövzu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada Cevf vilayətinin Əl-Gəyl rayonunda heyvanlarını otaran yəmənlinin minanın partlaması nəticəsində öldüyü bildirilib.
Hab Eş-Şaaf qəsəbəsində də yol kənarına əvvəlcədən yerləşdirilən partlayıcının işə salınması nəticəsində 2 nəfərin öldüyü bildirilib.
Ötən gün ölkənin qərbindəki Hudeyda vilayətində minanın partlaması nəticəsində 2 uşaq həyatını itirib, 1-i də yaralanıb.
Yəmənin paytaxtı Səna və bəzi bölgələri 2014-cü ilin sentyabr ayından etibarən husilərin nəzarətindədir. Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələri husilərlə mübarizə çərçivəsində 2015-ci ilin mart ayından etibarən Yəmən hökumətinə dəstək verir.
Yəmən hökuməti və insan haqları təşkilatlarının məlumatlarına görə, husilər vətəndaş müharibəsi başlayandan etibarən ölkənin müxtəlif bölgələrinə mina basdırıb.Həmin minalar minlərlə dinc sakinin ölümünə və ya yaralanmasına səbəb olub.