Yəməndə leysan: Ölənlərin sayı 174 nəfərə çatdı

Yəməndə leysan: Ölənlərin sayı 174 nəfərə çatdı

Tәbii fәlakәt nәticәsindә yaralananların da olduğu bildirilib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Yәmәndә leysan yağışlarının sәbәb olduğu daşqınlar nәticәsindә hәlak olanların sayı 174-ә yüksәlib.

Rәsmi mәnbәlәrin mәlumatına әsasәn, son üç hәftәdә hökumәtin nәzarәtindәki bölgәlәrdә 40 nәfәr hәlak olub. Tәbii fәlakәt nәticәsindә yaralananların da olduğu bildirilib.

Husilәr dә verdiklәri açıqlamada paytaxt Sәnada daşqınlar sәbәbindәn 134 nәfәrin öldüyünü, 124 nәfәrin dә yaralandığını bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR