Yəməndə iki aylıq müvəqqəti atəşkəs bu gecə bitir

Yəməndə iki aylıq müvəqqəti atəşkəs bu gecə bitir

Yəməndə Ramazan ayının əvvəlindən elan edilən iki aylıq müvəqqəti atəşkəs bu gecə bitir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ölkənin paytaxtı Səna şəhəri də daxil olmaqla 13 əyaləti nəzarətdə saxlayan Ənsarullah hərəkatı, onların dəstəklədiyi "Milli Qurtuluş Hökuməti"nin rəsmiləri müvəqqəti atəşkəs dövründə Səudiyyə Ərəbistanı koalisiyasının öz öhdəliklərini lazımi şəkildə əməl etmədiklərini bildirirlər.

Ənsarullah hərəkatının rəsmiləri bildiriblər ki, bütün yanacaq gəmilərinin əl-Hudeyda limanına buraxılmaması, Səna hava limanından xaricə uçuşların lazımi şəkildə təmin edilməməsi atəşk şərtlərini pozmaq deməkdir.

Yəmən mətbuatının məlumatına görə, ölkədə hərbi müdaxilə edən Səudiyyə Ərəbistanı hərbi koalisiyası, habelə husilər yaxın saatlarda atəşkəs rejiminin müddətinin artırılıb, artırılmaması ilə bağlı açıqlama verəcəklər.

Xəbəri paylaş

VİDEOLAR