Yəməndə bütün cəhbələrdə bu gündən etibarən iki ay ərzində atəşkəs elan edilib.
Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, BMT-nin Yəmən üzrə rəsmi nümayəndəsi Hans Qrundberq cümə günü ölkədəki münaqişə tərəflərinin atəşkəslə razılaşdıqlarını bildirib.
BMT-nin Yəməndəki nümayəndəsi açıqlamasında ölkədəki münaqişə tərəflərinin aprelin ikincisindən başlayaraq BMT-nin iki aylıq atəşkəs təklifinə müsbət cavab verdiklərini bildirib.
Bəyanatda vurğulanıb ki, “tərəflər Yəmənin daxilində və onun sərhədlərindən keçən bütün hava, quru və dənizdə hərbi əməliyyatlarını, həmçinin yanacaq gəmilərinin (husilərin nəzarətindəki) əl-Hudeyda limanlarına daxil olmasını və (həmçinin husilərin nəzarətindəki) Səna hava limanının daxilində və xaricində ticarət uçuşları həyata keçirmək mövzusunda razılaşıblar."
BMT nümayəndəsi iki aydan çox daimi atəşkəsə nail olmaq, təcili iqtisadi və humanitar tədbirlərin görülməsi və siyasi prosesin bərpası məqsədilə tərəflərlə işi intensivləşdirmək üçün addımlar atacağını bildirib.