Yəmənin Mərib əyalətində Əl-Qaidə liderlərindən biri qardaşı ilə birgə öldürülüb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Mərib əyalətində yerli mənbələr məlumat veriblər.
Bildirilib ki, ötən gecə ABŞ Ordusuna məxsus olduğu ehtimal edilən hərbi pilotsuz təyyarələr Mərib əyalətinin Vadi-Ubeydə rayonu ərazisində bir minik avtomobilinə hava zərbələri endiriblər.
Bu hava zərbələrində Əl-Qaidənin Yəmən üzrə liderlərindən olan Hassan əl-Hədrami qardaşı ilə birgə ölüb.
Məlumata görə, əl-Hədrami təşkilatın Yəmən qanadında partlayıcı maddə və qurğular üzrə ən peşəkar şəxs olub.