Beynəlxalq Köç Təşkilatı (İOM) tərəfindən bu barədə məlumata verilib
Yəməndən müharibə üzündən 2021-ci ilin əvvəlindən bu yana təxminən 37 min adam köç etmək məcburiyyətində qalıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Beynəlxalq Köç Təşkilatı (İOM) tərəfindən verilən məlumata görə, 2021-ci ilin 1 yanvarla 12 iyun tarixləri arasında 6121 ailə köç etməyə vadar olub. Bu ailələrin üzvlərinin ümumi sayı 36 min 726 nəfərdir. Təkcə 6-12 iyun tarixlərində 1014 adamdan ibarət 169 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.
Ən çox köç Taiz, Dali və Hudeyde şəhərlərindən olub.
Beynəlxalq Köç Təşkilatıın hesabatında Yəməndə müharibə başlayandan bu vaxta qədər neçə adamın immiqrant vəziyyətinə düşdüyü barədə məlumat verilməyib.