Yəməndə avtomobil minaya düşüb, bir ailənin beş üzvü həlak olub

Yəməndə avtomobil minaya düşüb, bir ailənin beş üzvü həlak olub

Yəmənin əl-Hudeyda əyalətində avtomobil minaya düşüb. Bir ailənin beş üzvü həlak olub və bir neçəsi yaralanıb.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, hadisə əl-Hudeyda əyalətinin “Kilu-16” adlı məntəqəsində baş verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası qüvvələrinin dövründən qalan minanın işə düşməsi nəticəsində bir avtomobil sıradan çıxıb.

Avtomobildə olan ailənin beş üzvü həlak olub və bir neçəsi yaralanıb.

Bu arada husilərə yaxın olan əl-Məsira telekanalı bildirib ki, Həcca və Səda əyalətləri eləcə də paytaxtın yerləşədiyi Səna əyaləti Səudiyyə Ərəbistanın hərbi təyyarələrinin endirdiyi hava zərbələrinin şahidi olub.

Qeyd edək ki, husilər ötən gün Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən əl-Həcca əyalətində irəlilədiklərini və 11 kəndi geri aldıqlarını bildiriblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

Xəbəri paylaş

VİDEOLAR