Yəməndə atəşkəs başlayandan bəri həyatını itirənlərin və yaralananların sayı açıqlanıb

Yəməndə atəşkəs başlayandan bəri həyatını itirənlərin və yaralananların sayı açıqlanıb

Yəmən Səhiyyə Nazirliyinin sözçüsü ötən il atəşkəs elan edildikdən sonra Səudiyyə koalisiyasının hücumları nəticəsində 2 mindən çox yəmənli mülki şəxsin şəhid və yaralandığını açıqlayıb.

Bu barədə Əl-Məyadin xəbər mərkəzinə Yəmən Milli Azadlıq Hökumətinin Ənsarullaha bağlı Səhiyyə Nazirliyinin sözçüsü bildirib:

"Təcavüzkar Səudiyyə koalisiyasının Səada əyalətinin sərhəd bölgələrinə hücumları zamanı atəşkəsin başladığı 2022-ci ilin aprelindən ötən ilin 8 sentyabrına qədər ən azı 2328 Yəmən vətəndaşı şəhid olub və ya yaralanıb".

Səhiyyə Nazirliyinin sözçüsü deyib:

Səudiyyə koalisiyasının Səada əyalətinin sərhəd bölgələrinə hücumları nəticəsində ən azı 307 yəmənli şəhid olub, 2021 vətəndaş isə yaralanıb”.

Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüsselam dünən verdiyi açıqlamada deyib:

"Təcavüzkar koalisiyanın atəşkəsi pozması hələ də dayanmayıb və son bir ayda 12 yəmənli şəhid olub

Təəssüf ki, təcavüzkar koalisiya daim atəşkəsi pozur. Biz hərtərəfli və ədalətli sülhün tələblərini həyata keçirmək üçün ciddi sülh prosesinə girməyin vacibliyini vurğulayırıq".

Xəbəri paylaş

VİDEOLAR