Yəməndə döyüşən tərəflər aprelin 2-dən qüvvəyə minən atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib.
Razılaşma atəşkəsin bitməsinə bir neçə saat qalmış əldə olunub.
Qrundberq atəşkəsin uzadılması barədə qərarın iyunun 2-də, yerli vaxtla saat 19:00-dan qüvvəyə minəcəyini bildirib.