Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşət İsrailin yeni hava hücumlarına məruz qaldıqdan sonra Səna hava limanını ziyarət edib və vurğulayıb ki, sionist rejimi yəmənlilərin gücləndirilmiş zərbələrini gözləmək məcburiyyətindədir.
Az.rasthaber.com xəbər verir ki, İsrailin Səna hava limanına yenidən təcavüzündən sonra Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşət əraziyə dəymiş ziyanın həcmini yoxlamaq üçün hava limanına səfər edib.
O, İsrail rejiminə xəbərdarlıq edib ki, “Biz heç vaxt geri çəkilməyəcəyik, heç vaxt təslim olmayacağıq və iradəmiz yenilməzdir”.
Əl-Məşət qeyd edib ki, İsrailin Səna hava limanına təcavüzü Yəmənin raket hücumlarının bu rejim üçün ağrılı olduğunu sübut edir.
O vurğulayıb ki, Yəmən, İsrail təcavüzü və Qəzzə soyqırımını dayandırana və anklavdakı mühasirə aradan qalxana qədər Qəzza xalqına dəstək qərarından heç vaxt əl çəkməyəcək.
Əl-Məşat bildirib: “İsrailin təcavüzü nə qədər geniş miqyaslı olsa da, bizi dayandırmayacaq, əksinə, Qəzza ilə həmrəylik üçün əməliyyatları artırmağa və gücləndirməyə aparacaq”.
Yəmənin Ali Siyasi Şurasının prezidenti qeyd edib ki, Səna hava limanı dəymiş ziyanı aradan qaldırdıqdan sonra tezliklə fəaliyyətini bərpa edəcək.
İsrailin baş naziri Benyamin Netanyahuya müraciət edən Əl-Məşət Yəmən raketlərinə qarşı heç vaxt sionistləri qoruya bilməyəcəyini vurğulayıb.
O, Yəmənin Fələstinə dəstək mövqeyindən heç vaxt geri çəkilməyəcəyini deyib və əlavə edib ki, sionistlər yayda hücumların şiddətlənəcəyi "isti yay" gözləməlidirlər.
Əl-Məşət Yəmənin hava hücumundan müdafiəsinin, xüsusən də Amerikanın F-35 qırıcıları ilə qarşılaşma imkanlarına toxunaraq deyib:
"Dünyadakı səyahətçiləri Ben Qurion hava limanına uçan təyyarələrə minməkdən ehtiyatlı olmağa çağırırıq, çünki bu hava limanı təhlükəsiz olmayacaq".