İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi Qəzza və Yəmənə qarşı embarqolardan danışıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi İrana qarşı sanksiyaları terrorizmlə eyni olduğunu bildirib.
"Sanksiyanın geniş, dağıdıcı və uzunmüddətli nəticələri həm terrorizm qədər vəhşicəsinədir, həm də hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayət kimidir", -deyə o əlavə edib.
"Döyüşlərdə aclıq və qıtlıq" mövusu ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında Məcid Təxte Rəvançi sonra deyib: "Dünyada qida əmin-amansızlığı ilə mübarizə üçün mühasirələr və sanksiyaların götürülməsi və beynəlxalq həmkarlığın gücləndirilməsi zəruridir.
Beynəlxalq humanitar hüquqlara əsasən, silahlı toqquşmalar və işğal zamanı mülkilərin qidaya əlçatanlığının təmin edilməsi icbari, hərbi vasitə kimi mülki vətəndaşlara aclıq çəkdirmək isə qadağandır."
Təxte Rəvançi bildirib ki, Qəzzaya qarşı mühasirənin yığışdırılması və Yəmən xalqı əleyhinə insanlığa sığmayan mühasirənin təcili surətdə aradan qaldırılmasından zəruri heç bir məsələ yoxdur.
O, sanksiyaların tətbiq edilməsini qida əmin-amansızlığı yaratmağın əsas amillərindən biri kimi qeyd və Amerikanın İranın qidaya, dərmana və tibb ləvazimatına əlçatanlığının qarşısının alınmasında, eləcə də koronavirusla təsirli mübarizədə İranın qabiliyyətini zəiflətməkdəki roluna işarə edib.
İranın BMT-dəki daimi nümayəndəsi sonra deyib: "Ölkələr digər dövlətləri təzyiq altında qoymaq üçün siyasi və iqtisadi cəza vasitələrindən istifadə etməməli və qida əmin-amansızlığı ilə mübarizədə əsas bir addım kimi sanksiyaların tez bir zamanda götürülməsi nəzərdə tutulmalıdır."