Yəmən sularında yeni təhlükəsizlik insidenti baş verib

Yəmən sularında yeni təhlükəsizlik insidenti baş verib

İngiltərə Dəniz Ticarət Təşkilatı Yəmənin Ədən şəhərinin şərqindəki sularda 195 dəniz mili məsafədə təhlükəsizlik insidentinin baş verdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən silahlı qüvvələri ötən aylarda Qəzzə xalqına dəstək olaraq Qırmızı dəniz, Hind okeanı və Bab əl-Məndəb boğazında sionist rejimin bir neçə gəmisini və ya bu rejim üçün yük daşıyan gəmiləri hədəfə alıblar.

Yəmən silahlı qüvvələri İsrail rejimi Qəzzə zolağına hücumlarını və bu bölgənin əhalisinə qarşı qətliamı dayandırmayana qədər bu rejimin gəmilərinə və ya işğal olunmuş ərazilərə gedən gəmilərə və Qırmızı dənizdə sionist rejimi dəstəkləyən koalisiya qüvvələrinin gəmilərinə hücumları davam etdirəcəklərinə söz veriblər.

Xəbəri paylaş

VİDEOLAR