Yəmən Səudiyyəyə xəbərdarlıq etdi: Müharibəyə hazırıq!

Yəmən Səudiyyəyə xəbərdarlıq etdi: Müharibəyə hazırıq!

Yəmən Silahlı Qüvvələrinin sözçüsü mətbuata açıqlamasında bildirib ki, Səudiyyə koalisiyası müharibə istəsə, Yəmən müharibəyə qadirdir və buna hazırdır.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərii bazar günü verdiyi açıqlamada Səudiyyə-BƏƏ hücum koalisiyasına xəbərdarlıq edib.

Yəhya Sərii açıqlamasında bildirib:

"Təcavüzkar koalisiya sülh istəyirsə, danışıqlar qrupu kifayət qədər, hətta daha çox güzəştə gedib. Buna baxmayaraq, onlar hələ də müharibə istəyirlərsə, biz döyüş əhliyik və buna hazırıq!".

Qeyd edək ki, Omandan bir heyət Yəmən Milli Azadlıq hökuməti ilə hücum koalisiyası arasında atəşkəsin uzadılmasını müzakirə etmək üçün dünən Yəmənə səfər edib. Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərinin yuxarıdakı açıqlamalarının buna əsaslanaraq verildiyi bildirilir.

Xəbəri paylaş

VİDEOLAR