Yəmən Səudiyyənin Kral Xalid bazasını balistik raketlə vurdu

Yəmən Səudiyyənin Kral Xalid bazasını balistik raketlə vurdu

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bir ədəd ballistik raketlə Ərəbistanın Xəmis Muşait bölgəsində yerləşən "Kral Xalid" bazasını hədəfə alıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii deyib: Bu hücum səud koalisiyasının Yəmənə qarşı hücumlarınn artmasına cavab olaraq həyata keçirilib.

Briqada generalı Yəhya Əlsərii sonra deyib: Bundan öncə bu ballistik raket təqdim olunmamışdı. Bu hücum təcavüzkar səud koalisiyası tərəfindən Yəmənin mühasirəsinin davam etməsi, həmçinin hava və quru üzrə hərbi gərginliklərin şiddətlənməsinə cavab olaraq həyata keçirilib.

Əlməsirə telekanalı da bildiribdir ki, səud koalisiyasının Yəmənin Marəb əyalətinə qarşı hava hücumlarının davamında Ərəbistanın qırıcı-bombardmançı təyyarələri ötən saatlarda bu əyalətdə yerləşən Sərvah rayonunu 25 dəfə bombalayıblar.

Xəbəri paylaş

VİDEOLAR