Yəmən: Səudiyyə vasitəçi deyil, münaqişənin əsas tərəfidir

Yəmən: Səudiyyə vasitəçi deyil, münaqişənin əsas tərəfidir

Körfəz Əməkdaşlıq Şurası Yəmənlə bağlı Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadda sülh danışıqlarının keçirilməsini nəzərdə tutub.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, əl-Ərəbiyyə telekanalının məlumatına görə Körfəz Əməkdaşlıq Şurası yeddi ildən çoxdur davam edən Yəmən münaqişəsinin həlli ilə bağlı ər-Riyadda danışıqların keçirilməsi və husilərin də bu danışıqlara çağırılmasını nəzərdən keçirir.

Məlumata görə danışıqlarla bağlı tərəflərin məsləhətləşmələri cari ayda ər-Riyadda keçiriləcək.

Bu arada husilərin dəstəklədiyi Yəmənin “Milli Qurtuluş Hökuməti”nin xarici işlər naziri Hişam Şərəf hələ mövzu ilə bağlı onlara təklifin gəlmədiyini bildirib və təkliflə bağlı iradlarını açıqlayıb.

O bildirib ki, Səudiyyə Ərəbistanı Yəmən münaqişəsində vasitəçi kimi deyil, münaqişənin əsas tərəflərindən biri kimi tanınır. O, danışıqların birbaşa Səudiyyə və BƏƏ ilə aparılmasının doğru olduğunu deyib.

Yəmənin “Milli Qurtuluş Hökuməti”nin xarici işlər naziri Hişam Şərəf əlavə edib ki, qarşı tərəf həqiqətən də sülh danışıqları istəyirlərsə, ölkəyə tətbiq edilən mühasirəni aradan qaldırmaq və humanitar yardımların və yanacağın buraxılması ilə bağlı faktiki addımlar atmalıdırlar.

Xəbəri paylaş

VİDEOLAR