Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərii bildirib
Rasthaber Azərbaycan eastnews-a istinadən verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərii Səudiyyə Ərəbistanının Əbha aeroportuna hücumu təsdiqləyib.
Sərii verdiyi açıqlamada Səudiyyə döyüş təyyarələrinin yerləşdirildiyi Əbha hava limanının dünən günortadan sonra PUA hücumunda hədəf alındığını söyləyib.
Yəhya Sərii Səudiyyə hərbçilərinin mülki aeroportları hərbi aeroport kimi istifadə etdiklərini açıqlayıb və Səudiyyə rejiminə bu mövzuda xəbərdarlıq edildiyini bildirib.