Yəmən Silahlı Qüvvələrinin sözçüsü general Yəhya Səri, Səudiyyənin həyati əhəmiyyətli obyektlərinə edilən hücumun təfərrüatlarını açıqlayaraq, Yəmənə qarşı davam edən mühasirə və təcavüzlə bağlı xəbərdarlıq edib.
Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, Yəmənə qarşı mühasirə və təcavüzə cavab olaraq mühasirəni yarmaq üçün genişmiqyaslı hərbi əməliyyata uyğun olaraq, Yəmən Silahlı Qüvvələrinin bu hücumu həyata keçirdiyini qeyd edən general Sərii bu əməliyyatda Ciddədəki Aramco şirkətinin və Cizandakı mühüm hədəflərin çox sayda ballistik raket və Quds tip-2 qanadlı raketi ilə məhv edildiyini bildirib.
Əməliyyatın müvəffəqiyyətlə keçdiyini və məqsədlərinə çatdığını ifadə edən general Sərii bildirib:
“Yəmən Silahlı qüvvələri mühasirəni yarmaq məqsədilə xüsusi məqsədlər üçün, hədəf banka güclü hücumlar təşkil etdiyi barədə düşmən Səudiyyəyə bir daha xəbərdarlıq edir. Silahlı Qüvvələrimizin növbəti mərhələdə hədəflərinin əhatə dairəsini genişləndirəcəyi barədə heç bir şübhəsi yoxdur".