1.04.2022 15:16:24
Yəmənin Ali Siyasi Şurası qeyd edib ki, sülh yalnız Yəmən xalqına qarşı blokadanın aradan qaldırılması və bu ölkənin suverenliyi və müstəqilliyinə hörmətlə yanaşmaqla əldə edilə bilər.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşəd dünən axşam verdiyi açıqlamada, Sənanın birtərəfli olaraq Səudiyyə Ərəbistanı ilə üç günlük atəşkəs elan etdiyini qeyd edərək, Səudiyyənin bütün qüvvələrini Yəmənin torpaq və sularından çıxarıb, blokada və hücumlarına son qoyacağı təqdirdə bu atəşkəsi daimi etməyə hazır olduğunu vurğulayıb.
Yəmənin Ali Siyasi Şurası öz açıqlamasında, Səudiyyə koalisiyasının Mehdi əl-Məşədin təqdim etdiyi sülh planına cavab verməməsindən təəssüfləndiyini bildirib.
Şura öz bəyanatında vurğulayıb ki, bu planla Yəmən sülhə və mehriban qonşuluğa qayıtmaq istədiyinə şübhə yeri qoymur.