Yəmən Silahlı Qüvvələrinin sözçüsü: Üç gəmini hədəf aldıq

Yəmən Silahlı Qüvvələrinin sözçüsü: Üç gəmini hədəf aldıq

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Hind okeanı və Ədən körfəzində sionist rejimin və bu rejimə aid olan üç gəmiyə hücum etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Yəhya Səri Yəmənin donanması və PUA və raket birləşmələrinin Ədən körfəzi və Hind okeanında sionist rejimin üç gəmisinə qarşı həyata keçirdiyi birgə əməliyyatı açıqlayıb.

O, dedi: Hədəf alınan iki İsrail gəmisi MSC DEGO və MSC GINA-dır. Bu əməliyyat bir neçə ballistik raket və PUA ilə həyata keçirilib və hədəfi dəqiq vurub.

Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb: Raket bölməsi Hind okeanında sionist rejimə aid MSC VİTTORİA gəmisi və Ərəbistan dənizində iki gəmiyə qarşı xüsusi əməliyyat keçirib və onları birbaşa hədəfə alıb.

Xəbəri paylaş

VİDEOLAR