Yəmən Silahlı Qüvvələri üç dəniz əməliyyatı həyata keçirib

Yəmən Silahlı Qüvvələri üç dəniz əməliyyatı həyata keçirib

Yəmən silahlı qüvvələrinin sözçüsü Qırmızı dəniz, Ərəbistan dənizi və Bab əl-Məndəb boğazında üç əməliyyat həyata keçirildiyini açıqlayıb.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, briqada generalı Yəhya Səri bazar ertəsi gecə Yəmən silahlı qüvvələrinin ilk əməliyyatda Ərəbistan dənizinin cənubunda iki PUA ilə "SC MONTREAL" gəmisini hədəf aldığını açıqlayıb. 

O əlavə edib: İkinci əməliyyatda “MAERSK KOWLOON” gəmisi Ərəbistan dənizində qanadlı raketlə hədəfə alınıb. 

Səri deyib: Yəmən silahlı qüvvələri həmçinin bir neçə ballistik raketlə Qırmızı dəniz və Bab əl-Məndəbdəki "MOTARO" gəmisini hədəfə alıb. 

Yəmən silahlı qüvvələrinin sözçüsü bu üç əməliyyatın uğurlu olduğunu açıqlayıb. 

O, bildirib: Bu gəmilərə hücum onların sahibi olan şirkətlər tərəfindən işğal olunmuş Fələstinin limanlarına gedişi qadağan edən qanunun pozulması səbəbindən həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR