Yəmən sahillərində Britaniya gəmisinə hücum edildi

Yəmən sahillərində Britaniya gəmisinə hücum edildi

Yəmən sahillərində işğalçı İsraillə ticarət əlaqəsi olduğu güman edilən Britaniya gəmisinə hücum edildi.

Az.rasthaber.com xəbər verir ki,  Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Yəmən sahillərində Britaniya gəmisinin hücuma məruz qaldığını bildirib.

Britaniya ekipaj üzvlərindən kiminsə xəsarət almadığını bildirir.

Gəminin təyinat yerinə getməyə davam etdiyi iddia edilir.

Qeyd edək ki, Yəmənin Ənsarullah hərəkatı işğalçı İsrailin Qəzza və Rəfahda törətdiyi soyqırımı səbəbindən, sionist rejimə yardım edən bütün gəmilərin hədəf alınacağını bildirib.

Xəbəri paylaş

VİDEOLAR