Yəmən rəsmisi: Bizi dəstəkləyən yeganə ölkə İrandır

Yəmən rəsmisi: Bizi dəstəkləyən yeganə ölkə İrandır

Yəmən xalqının müqavimətinə dəstək verən yeganə ölkə İrandır.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Yəmənin İrandakı səfiri İbrahim əd-Deyləmi bəyan edib.

"Son həftələrdə Yəmən qüvvələri (ordu və xalq könüllüləri - red.) Məarib, Beyza və Şəbva vilayətlərində çox sayda uğura imza atmağı bacarıb", - deyə o qeyd edib.

Səfir deyib ki, bir zamanlar İŞİD terror təşkilatının Suriya və İraqda törətdiklərini indi də Səudiyyə Ərəbistanı və BƏƏ rejimləri Yəməndə törədirlər.

"Yəmənə qarşı tətbiq edilən mühasirə və hücumların sona çatdırılmalı olduğunu yüksək səslə yalnız İran İslam Respublikası vurğulayır", - deyə o bildirib.

Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın Yəməndə mülki əhalini hədəfə aldığını, çox sayda qadın və uşağı qətlə yetirdiyini xatırladan əd-Deyləmi düşmən tərəfindən bu cür çirkin hərəkətlərin bilərəkdən edildiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR