Yəmən rəsmisi: ABŞ gəmisinin hədəf alınması onlar üçün xəbərdarlıq idi

Yəmən rəsmisi: ABŞ gəmisinin hədəf alınması onlar üçün xəbərdarlıq idi

Yəmənli hərbi mənbə bildirib ki, ABŞ gəmisinin hədəfə alınması bu ölkə qüvvələri üçün böyük xəbərdarlıq və şok əməliyyatdır.

Az.rasthaber.org xəbər verir ki, yəmənli mənbə bu açıqlamaları verib:

“Hədəf uzaqda olduğu üçün Ədən körfəzində ABŞ gəmisinə qarşı əməliyyat uzun çəkdi, lakin hücum üçün doğru silahdan istifadə edilib.

Yəmən, Amerikaya Yəməndə problemlərlə üzləşəcəkləri mesajını vermək üçün Amerika ticarət gəmisini hədəfə alıb. Bu, Amerika qüvvələri üçün böyük bir xəbərdarlıq və onlar üçün də şok əməliyyat idi.

Peyklər və casus təyyarələr Yəmən raketlərinin buraxıldığı yerləri axtarır. Amerikalılar F-18 təyyarələri və pilotsuz uçuş aparatları ilə patrul edir.

Bu əməliyyat Amerika qüvvələrinə mesaj verdi ki, Yəmən uyğun və dəqiq silahlarla uzaq hədəfləri hədəfə ala bilər”.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bazar ertəsi axşam saatlarında bu barədə açıqlama verib:

“Bu ölkənin qüvvələri hərbi əməliyyat zamanı Ədən körfəzində Amerika gəmisini hədəf alıb.

Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəhti də xəbərdarlıq edib ki, bu gəmiyə hücumdan sonra Amerika və Britaniya qüvvələri artıq Bab əl-Məndəb boğazından keçə bilməyəcək".

Xəbəri paylaş

VİDEOLAR