Ənsarullah lideri Yəmənə qarşı müharibənin sionist İsrail rejiminin gücləndirilməsi məqsədi daşıdığını bildirib.
Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Husi bazar ertəsi verdiyi açıqlamada bildirib:
"Seyid Həsən Nəsrullahın bəyan etdiyi bərabərliyin bir parçası olduğumuzu və Allah yolunda vuruşmağa hazır olduğumuzu açıq şəkildə söylədik.
Millətin Fələstinə və Məscidül-Əqsaya etinasız yanaşması düşmənə cəsarət verib ki, bizə qarşı hiylələrini gücləndirsin".
Seyid Husi həmçinin bildirib ki, yəhudi lobbisi hələ Fələstinin işğalından əvvəl İslam xalqını hədəf almaq üçün planlar qurub.
Ənsarullah lideri bildirib ki, Səudiyyə Ərəbistanı və BƏƏ ixtilafın liderləridir:
"Nifaq bayrağı ilə ortaya çıxan bu ölkələr İsraillə münasibətlərin normallaşması istiqamətində hərəkət etdilər.
Yəmənə qarşı müharibə İsrailin güclənməsi və düşmən qarşısındakı maneələrin aradan qaldırılması istiqamətindədir".