Yəmən parlamentindən Ərəb və İslam ölkələrinə çağırış

Yəmən parlamentindən Ərəb və İslam ölkələrinə çağırış

Yəmən parlamenti, Hindistanın hakim partiyasının Həzrəti Məhəmmədi (s) təhqir etməsinə cavab olaraq bildirmişdir ki, bu cür təhqirlər bu insanların əxlaq və dəyər pozğunluğunun miqyasını ortaya qoyur.

Az.rasthaber.com xəbər verir ki, Yəmən parlamentinin sözçüsü verdiyi açıqlamada, Hindistanın hakim partiyasının hz. Muhəmməd (s) və zövcələrinə qarşı hörmətsizliyini şiddətlə qınayıb.

"Bu təhqirlər müsəlmanların hisslərini təhrik edir, belə bir hərəkət qəbuledilməzdir və biz bunu tamamilə rədd edirik", - sözçü bildirib. 

Yəmən Parlamentinin sözçüsü vurğulayıb ki, bu təhqirə susmaq olmaz və bu cür məsuliyyətsiz bəyanatların səbəbkarları Hindistan hökuməti tərəfindən açıq-aşkar mövqe nümayiş etdirərək cəzalandırılmalıdır.

Yəmən parlamentinin sözçüsü qeyd edib ki, bəzi ərəb və islam ölkələrinin bu təhqirlər qarşısında susması belə davranışlara səbəb olub. Parlament həmçinin ərəb və islam ölkələrini bu məsələyə qarşı dik durmağa və bu cür təhqirləri cinayət hesab edən beynəlxalq qanun layihəsi hazırlamağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR